• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 27.04.2019 20:50

Gözlərə və qəlblərə nur gətirən Zərifə xanım Əliyeva

KepezTV Player

Zərifə Əliyeva yaxşı ana, vəfalı ömür-gün yoldaşı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri yaddaşlara əbədi həkk olunub. Bu barədə anadan olmasının 96-cı ildönümü qeyd edilən Zərifə Əliyeva barədə Gəncədə səhiyyə işçilərinin iştiakı ilə keçirilən tədbirdə danışılıb. Gözəl insan, qayğıkeş ana olan Zərifə Əliyevanın elmdə əldə etdiyi nailiyyətlər, peşəkar həkim kimi fəaliyyətinə toxunulub. Oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdıran alimin ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyinin yaşadığı vurğulanıb. Onun işıqlı xatirəsinin xalqımızın ürəyində əbədi yaşayacağı bildirilib.