• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 27.04.2019 12:46

İmtahan iştirakçılarına xəbərdarlıq

KepezTV Player

Dövlət İmtahan Mərkəzi aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə xəbərdarlıq edib. Hər bir imtahandan öncə iştirakçılar üçün imtahan haqqında məlumat, imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası” hazırlanır. “İmtahana buraxılış vərəqəsi”ndə də yaddaş kitabçasından çıxarış təqdim olunur. Abituriyentlər imtahandan öncə “Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.7, 14 və 21 aprel tarixlərində keçirilən buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.