• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 27.04.2019 12:36

Şəmkirdə mexanizatorlara təlim keçirilib

KepezTV Player

Taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirilmək üçün yerlərdə biçini həyata keçirəcək mexanizatorlar təlimatlandırılır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən maarifləndirici xarakter daşıyan növbəti belə görüş Şəmkirdə reallaşıb.

Görüşdə 2019-cu ilin taxıl biçini üçün işçi qrupunun fəaliyyəti, iş prinsipi, əlaqəli mexanizmin qurulması və mexanizatorların biçini növbəli şəkildə həyata keçirməsinə riayət edilməsinin vacibliyinə toxunulub. Söhbət zamanı mexanizatorların problemləri də dinlənilərək həlli yolları barədə fikir mübadiləsi aparılıb.  

Hikmət Quliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri: Fürsətdən istifadə edib bizim bütün fermerlərə bildirmək istəyirik ki bizim 2019 cu il üçün bizim bazalarımızda yetərincə kombayn mövcuddur. Sampo Klas və Nevholland və eyni zamanda Con Dairy komabyanları var. Bizim fermerlərimiz istənilən zaman Aqrolizinqə müraciət edib onları əldəe də bilərlər.

Tədbirdə biçinin növbəlilik şəkildə təşkili, texnikalarda yarana biləcək nasazlığın qısa zamanda aradan qaldırılmasına da xüsusi önəm verilib. Mexanizatorlar biçin mövsümünə tam hazır olduqlarını söyləyiblər.

Məzahir Musayev mexanizator: Komabynımız tam vəziyyətdə hazırıq. Çalışırıq ki xalqımızı yola verək. Nə qədər təlabat olsa işimizin öhdəsindən gələcəyik.

Gündüz Əhmədov mexanizator: Kompayınımız tam saz vəziyyətdədir. Məhsulu itkisiz yığmağa qüvvəmiz çatır. Gündə nə qədər təlabat olarsa bir o qədər də biçini aparmağa hazırıq. 

Şəmkirdə təşkil olunan tədbirdə bu rayonla yanaşı Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Samux və Göygöldən olan mexanizatorlar da iştirak edib. Regional xarakter daşıyan müaarifləndirici görüşlər digər bölgələri də əhatə edir.

Natiq Hüseyn