• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2268
— 27.04.2019 12:34

Goranboyda qadın əri tərəfindən bıçaqlanıb

KepezTV Player

Goranboy rayonunda ailə münaqişəsi qanla bitib. Dəliməmmədli şəhər sakini 41 yaşlı Könül Tağıyeva daxil’ nüfuz etməyən bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Göstərilən tibbi yardımdan sonra xəstənin vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumatlara görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə çübhəli olan Könül Tağıyevanın həyat yoldaşı 37 yaşlı Elşən Tağıyev isti izlərlə saxlanaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırma aparılır.

Natiq Hüseyn