• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 27.04.2019 12:33

Yaşıllıq aksiyası davam edir

KepezTV Player

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Samuxda ağacəkmə aksiyası keçirilib. Samux-Kür yolunun kənarına 3 minə yaxın akasiya, şam, çinar və müxtəlif növ meyvə ağacları əkililib. Basdırılan ağaclara aqrotexniki qaydada qulluq göstəırilib. Eyni zamanda əvvəllər əkilən ağacların suvarılması da təmin edilib. Aksiyada “DOST” təşkilatı tərəfindən işə qəbul edilən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi də fəallıq nümayiş etdirib. Onlar Gəncə-Samux yolunun kənarına 500-ə yaxın ağac basdırıblar. Cari ilin geridə qalan dövrü ərzində Samux rayonun müxtəlif ərazilərinə 10 minə qədər eldar şamı və iqlim şəraitinə uyğun gələn digər ağac növləri əkilib.

Natiq Hüseyn