• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 27.04.2019 12:30

Göygöldə keçirilən reyddə 20-yə yaxın sürücü saxlanıldı

KepezTV Player

Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinə qarşı nəzarətin gücləndirilməsi olub. 20-yə yaxın sürücü saxlanılıb, nəqliyyat vasitələrinin mühərrikinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Normativ tələblərə cavab verməyən avtomobilləri idarə edənlər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Azər Şabanov baş inspektor: 5 sürücü barəsində inzibati protokol tərtib olunaraq tədbir görülüb. Əlavə olaraq tədbirlərimiz zamanı 5 sürücü barəsində də inzibati tədbir görülüb.

Bundan əlavə DYP-nin inspektorları sürücülərlə profilaktik söhbətlər apararaq, onlara idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin daim saz vəziyyətdə olmasına diqqət yetirməyin və istismar qaydalarına riayət etmələrinin zəruriliyini bildiriblər.

“Təmiz hava” aylığı çərçivəsində analoji tədbirlər aprel ayının 28-dək davam edəcək.