• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 26.04.2019 16:08

“Şərq-Qərb şairlərinin dostluğu”

KepezTV Player

Gəncədə Mirzə Şəfi Vazehin 225, Fridrix von Bodenştetin 200 illiyi münasbəti ilə “Şərq-Qərb şairlərinin dostluğu” mövzusunda elmi yaradıcı tədbir keçirilib. Alman–Azərbaycan Cəmiyyəti və Mirzə Şəfi Vazeh muzeyinin təşkilatçılığı ilə reallaşan ədəbi məclisdə şair və yazıçılarla yanaşı, pedaqoqlar və elm adamları da iştirak ediblər. Yığıncaqda Mirzə Şəfi Vazeh ədəbi dünyası və Bodenştetlə bağlı maraqlı fikirlər səsləndirilib. Bodenştedt öz vətəninə qayıdarkən onunla vidalaşan zaman Mirzə Şəfi kalliqrafik xətlə yazılan şeirlər dəftərini ona hədiyyə etmiş, qədirbilən şagirdi bu şeirləri Almaniyada “Müdriklik açarı” adlı poetik məcmuə şəklində çap etdirəcəyinə söz vermişdi. Vazehi “Gəncəli müdrik” adlandıran Bodenştedt sözünə əməl edərək öz müəlliminin şeirlərini alman dilinə tərcümə edib 1850-ci ildə nəfis tərtibatda üz qabığında müəllifin portreti olan kitabını çap etdirmişdi. Tədbirin sonunda qonaqlar Mirzə Şəfi Vazeh muzeyi ilə tanış olaraq, Almaniyadan gətirilmiş Vazehin kitablarla, muzeydə yer alan digər dəyərli eksponatlarla bağlı fikirlərini bölüşüblər.