• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 26.04.2019 16:12

Gəncədə Mir Cəlal Paşayevin anadan olmasından 111 illiyi qeyd olunub

KepezTV Player

Gəncədə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərən, görkəmli yazıçı, istedadlı alim, əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 111 illiyi qeyd edilib. Görkəmli ictimai xadimin ev muzeyində keçirilən xatirə tədbirində Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, pedaqoji və ictimai fəalliyəti xronoloji ardıcılıqla diqqətə çatdırılıb. Yazarın oxucu sevgisi qazanan povest və hekayələri ilə ədəbiyyat tariximizə şanlı səhifələr yazdığı qeyd olunub. 6 roman müəllifi olan alimin, müasir Azərbaycan tarixində hekayə janrının yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri olduğu vurğulanıb. Tədbir Gəncə Dövlət Kamera Orkestrının konserti ilə davam edib. Proqramda xalq və bəstəkar mahnıları ilə yanaşı, Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub.

İbrahim Quliyev - professor: “Təbii ki, Mir Cəlal Paşayevin yazdığı əsərlər təkcə dünən üçün aktual olmayıb. Bu əsərlər bu gün, sabah üçün də aktualdır. Onun xatirəsinin əbədi yaşamasının sirri də bundadır”.