• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1343
— 26.04.2019 16:10

Qida və yüngül sənayenin problemləri müzakirə edilib

KepezTV Player

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan “Qida və yüngül sənayenin aktual problemləri” mövzusunda 2 günlük beynəlxalq konfrans öz işinə başlayıb. Azərbaycan Texnologiya Universitetinin təşkilatşılığı ilə keçirilən tədbirdə Cənubi Koreya, Gürcüstan, İran, Pakistan kimi ölkələrin elm adamları iştirak edirlər. Beynəlxalq konfransın məcmuələr toplusuna 20 ölkədən 200-ə yaxın tezis daxil edilib.

Beynəlxalq konfransda Qida və yüngül sənayedə mövcud problemlərin aktuallığına diqqət çəkilib. Azərbaycanda qida və yüngül sənaye sahələrinin hazırda digər sənaye sahələri ilə müqayisədə daha ciddi islahatlar astanasında olduğu vurğulanıb. UTECA-da aparılan mütəxəssis hazırlığı işinə günün tələbləri və gələcək inkişaf baxımından yanaşıldığı bildirilib.

Akif Süleymanov - Azərbaycan Texnologiya Universitetinin rektoru: Azərbaycanda bu sahələr üzrə kadr hazırlığını biz yüksək səviyyədə keçirməliyik. Bu gün aktual problem kimi innovasiya texnologiyalarını bu sənayelərə tətbiqi, yüksək səviyyəli kadrıların hazrılanması, köhnə avadablqıalrın yenisi ilə əvəz edilməsi və idxaldan ixraca keçməsi, məhsulların keyfiyyətini artırılması əsas problemlərdən biridir.”

Plenar iclasda kadr hazırlığı, yeni texnologiyalar, istehsal prosesinin avtomatlaşdırılması, mövcud texniki alətlərin, qablaşdırmanın təkmilləşdirilməsi, qəza şəraitinin minimuma endirilməsi və s. kimi məsələlərə toxunulub.

Vüqar Mikayılov - "Azqranata" MMC-nin sektor direktoru: Əfsuslar olsun ki, Azərbaycanda qida sənayesində əsasən xaricdən gələn kadırlar üstünlük təşkil edir. Buna heçdə pis olmaq lazım deyil. Çünki bu xaricdən gələn mütəxəssilər bizi gənc kadırların yetişməsinə səbəb olur. Mən inanıram ki, yaxın gələcəkdə bizim yerli kadrlar öz yerlərini tutatcaq, xarici kadrlarıa ehtiyac qalmayacaqdır. Bu işdə bizə dayaq inanıram ki, Azərbaycan Texnologiya Universiteti kömək olacaqdır.

Nofəl Salmanov - Mingəçevir tekstil fabrikinin direktor müavini: Təmənamız birgə əməkdaşlıq çərçivəsində yerli kadrların yetişdirilməsi və Azərbaycan məhsulunun dünya bazarında rəqabət yönümlü bir məhsul halına gətirib çıxarmaqdrı.

Beynəlxalq konfransda qida və yüngül sənaye ilə yanaşı turizm, logistika, İKT mühəndisliyi və menecmenti, davamlı inkişaf və təhsil texnologiyaları da müzakirə edilib.