• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 26.04.2019 12:07

Qisas üstündə iki nəfər azərbaycanlı ölüb

KepezTV Player

Rusiya paytaxtında baş verən atışma nəticəsində iki nəfər azərbaycanlı ölüb. Hadisə “Novıye Çeryomuşki” metrostansiyasının yaxınlığında baş verib.İlkin məlumatlara görə, qətli azərbaycanlı əsilli Gürcüstan vətəndaşı 60 yaşlı Rəsul Abdullayev törədib.Onun açdığı atəş nəticəsində 50 yaşlı digər azərbaycanlı Vaqif Hümbətov ölüb. Daha sonra Abdullayev həmin odlu silahla özünü öldürüb.Qətl hadisəsinin qisas üstündə baş verdiyi məlum olub. Belə ki, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan Rəsul Abdullayevin oğlunun azart oyunlar həvəskarı olduğu və nəticədə külli miqdarda borcunun yığıldığı və bu səbəbdən öldürüldüyü bildirilib. Qeyd edək ki, ölənlərdən birinin, Vaqif Hümətovun üstündən "The Moscow times" qəzetinə məxsus jurnalist vəsiqəsi tapılıb. Bir müddət sonra "The Moscow times"-in redaksiyasından ştatlarında belə bir əməkdaşın olmadığı bildirib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.