• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1837
— 26.04.2019 12:03

Mikroavtobusun 8 sərnişini yaralandı

KepezTV Player

Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Yardımlı marşrutu ilə hərəkət edən “Ford-Transit” markalı mikroavtobus yol qovşağında Sabirabad rayonunun Muğan Gəncəli kənd sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində mikroavtobusun 8 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralananlar Salyan şəhər sakinləri 20 yaşlı Bilal Kərimov, 41 yaşlı Zaur İsmayılov, rayonun Sarvan kənd sakini 57 yaşlı Əzizə Əmənova, Şorsulu kənd sakini 40 yaşlı Elməddin Muradov, Cəlilabad rayonunun Ləkin kənd sakini 38 yaşlı Əzizağa Hüseynov, Cəlilabad rayonunun Qarazəncir kənd sakini 67 yaşlı Məmmədqulu Soltanov, Masallı rayonunun Qarğalıq kənd sakini 54 yaşlı Xumrad Zeynalova və Abşeron rayonunun Saray qəsəbə sakini 18 yaşlı Şəfa Əliyevadır. Onlardan ikisinin səhhəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.