• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 26.04.2019 11:52

Uçot dərəcəsi azaldıldı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən edilib. Qurumun rəhbərliyi bu il martın 15-də faiz dəhlizi parametrlərinin azaldılması haqda qərar qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 9,25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddi 11,25%-dən 11%-ə, aşağı həddi isə 7,25%-dən 7%-ə endirilib. Mərkəzi bank faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq.