• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 25.04.2019 14:02

Hibridli Karma Revero “kolleksiyalı” versiya əldə etdi

Kaliforniya şirkəti Karma Automotive Moreno-Vallidəki zavodunu innovasiya və individualizasiya Mərkəzinə çevirib. Burada daim Revero hibridinin növbəti nəsil nümayənlərinin sərgisi keçiriləcək. Bunun şərəfinə marka eksklüziv olaraq Black Ocean modelini təqdim edib. Cəmi bir ədəd buraxılan Karma Revero Black Ocean şirkətin xüsusi sifarişlər üçün yeni biznes istiqamətini müəyyənləşdirir. Ətraflı məlumat verilməsə də onun 80 unikal elementlərə sahib olduğu bildirilir. Hazırkı Karma Revero-ya gəldikdə o, iki elektromotorla təchiz olunub. Ümumi güc 409-dur. Daxili yanma mühərrikinin köməyi olmadan avtomobil bir dəfəyə 80 kilometr, ümumi ehtiyatla isə 483 kilometr məsafə qət edə bilir.