• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 26.04.2019 10:01

Honda otbiçən maşınını gücləndirdi

Honda şirkəti Mean Mower adlı otbiçənini bir il bundan qabaq təqdim etmişdi. İndi isə onun ikinci ekstremal versiyasını nümayiş etdirib. CBR1000RR Fireblade SP superbaykından motor mənimsəyən otbiçən belədə saatda 241 kilometrə qədər sürət yığmaq iqtidarındadır. Bu kiçik maşının gücü ayrılıqda NSX superkarınkından 3 dəfə çoxdur. Honda Mean Mower V2-nin əsasını Honda HF 2622 mini-traktorunun kuzovu və individual polad şassi təşkil edir. Otbiçənin 6 pilləli transmissiyası, mühərriki idarə edən blok və LCD displeyi də var. Mean Mower V2-nin ümumi at gücü təxminən 1000-ə bərabərdir. Yerindən 100 km/saat sürəti yığmaq üçün ona 3 saniyədən az vaxt lazımdır.