Azərbaycan Dəmir yolları QSC-nin sifarişi və Fransanın İnkşaf Agentliyinin maliyyə dəstəyi ilə tikintisi davam etdirilən Gəncə Lokomotiv Deposu 6.6 hektar sahəni əhatə edir. Zazalı və Gəncəçay stansiyalarının arasında inşa olunan depo lokomotivlərin cari texniki vəziyyətinin saxlanılmasını və mütəmadi olaraq profilaktik baxışların həyata keçirilməsini təmin edəcək. Layihə çərçivəsində ərazidə əsas təmir binasının və 2 mərtəbəli inzibati binanın, eləcə də transvormator məntəqəsinin və digər yardımçı şəbəkələrin tikintisi aparılır.
Layihəyə uyğun olaraq inşası davam etdirilən Depoda qatarların normal hərəkətini təmin olunması üçün ərazidə 4 km-dən artıq dəmir yol xəttinin tikintisi də aparılacaq ki, hazırda həmin ərazidə yol yatağının işlənməsi prosesi aparılır.
Azərbaycan Dəmir yolları QSC tərəfindən ölkəyə xaricdən 50 ədəd qatar gətirilib. Həmin yük qatarların Azərbaycanda iki nöqtədə Bakının Biləcəri qəsəbəsində və Gəncə şəhərində təmiri nəzərə tutulur. Yeni Depo istifadəyə verildikdən sonra Gəncədəki mövcud Deponun fəaliyyyəti qismən dayandırılacaq.
Məmmədrəsul Bilalov layihə rəhbəri:Təmir Deposunun imkanları çox genişdir. Əsasən Bakı-Tiflis-Qars dəmir yolunda işləyəcək yeni model yek qaratlarını təmiri aparılacaqdır. Bu Deponun texniki imkanları həmdə buarada köhnə elektrik qatarlarının, dizellə işləyən teplovozların və digər sərnişin qatarlarını təmiri və baxışı aparılacaqdır.
30 milyon avrodan artıq smetası olan layihənin icrasına 2018-ci ilin mart ayından başlanılıb. İşlərin tam olaraq bu ilin dekabrında yekunlaşdırılması nəzərdə tutulur.
- Baxış: 1304