• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1938
— 25.04.2019 16:22

Müəllimlərin müsahibəsi başa çatıb

KepezTV Player

Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.22-24 apreldə keçirilən müsahibələrə 1170 müəllim qatılıb.Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək. Təhsil nazirliyinin keçirdiyi müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.