• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 25.04.2019 10:18

Lenovo şirkəti 4 arxa kameralı Z6 Pro flaqman smartfonunu təqdim etdi

Lenovo şirkəti özünün Lenovo Z6 Pro adlı flaqman smartfon modelini təqdim edib. Təqdim olunmuş smartfon yeni nəsil Snapdragon prosessoru əsasında qurulmuş yüksək performanslı texniki göstəricilər, təkmilləşdirilmiş kamera çəkiliş özəllikləri və sürətli enerji yığma tenxologiyalı böyük həcmli batareya əldə edib. Beləliklə Lenovo Z6 Pro modeli Full HD+ keyfiyyətli 6.36 düym AMOLED ekrana sahibdir. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşir. Bununla yanaşı smartfonun ekranı həmçinin HDR10 standartını da dəstəkləyir. İstifadəçinin gözlərinin qorunması üçün ekran göy rəng filtrinə malikdir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon maye soyutma sistemli Snapdragon 855 prosessoru, 6/8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP (125 dərəcə bucaq təsvirli) + 8 MP + 2 MP (ToF kamera modulu) dördlü arxa kamera, 32 MP-lik ön kamera və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Arxa kameralar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı alqoritmi vasitəsilə istifadəçi 100 MP-lik keyfiyyətdə fotolar əldə edə bilər. Bunun üçün hər 4 arxa kameranı istifadə etmək lazım gələcək. Həm arxa kamera, həm də ön kamera süni zəka alqoritmini dəstəkləyir. Həmin alqoritm sayəsində kameralar avtomatik şəkildə kadrdakı səhnəni təyin edir və ona uyğun çəkiliş effektlərini təqdim edir. Lenovo Z6 Pro modeli həmçinin 3.5 mm-lik audiogiriş və ekrana inetqrasiya edilmiş barmaq izi skanı texnologiyası da qazanıb. Smartfon ZUI 11 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə işləyir. Çində Lenovo Z6 Pro smartfonu 29 aprel tarixindən satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 431$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 446$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 565$-a, 12 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 744$-a satılacaq.