
Hardkor sedan Jaguar XE SV Project 8 5,39 kilometrlik Dubay aerodromunda rekord qırmağa nail olub. Avtomobil Jaguar Land Rover qrupunun pilotu və mühəndisi Havi Barrio tərəfindən idarə olunub. O, trassı 2 dəqiqə 18,81 saniyəyə qət edib. 4 qapılı 5 litrlik 600 at güclü motorla hərəkətə gəlir. Onun karbon materialından kuzov panelləri, titan eqzoz sistemi, tənzimlənən asma, ön splitter və iki pozisiyalı arxa antiqanadı, həmçinin karbon-kemarikadan tormozları var. Sıfırdan “yüzü” maşın 3.5 saniyəyə yığır. Maksimal sürət isə 322 km/saatdır.
- Baxış: 821