• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 24.04.2019 19:13

Boksçular iki medal qazandılar

KepezTV Player

Gürcüstanın paytaxtı Tbilisidə boks üzrə beynəlxalq turnirdə iştirak edən Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb. Böyük məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yarışan yığmamızın heyətində Nurlan Səfərov ikinci yeri tutub. Digər boksçumuz Rüfət Hüseynov isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Millidə Gəncə boksunun nümayəndəsi olan  Hüseynov 52 kq çəki dərəcəsində fərqlənib. Yarışda çıxış edən digər gəncəli dəri əlcək ustası Nəbi İsgəndərov isə medalsız qalıb.

 

Azad Rəfi