• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 24.04.2019 16:00

Uşaqlar peyvəndə cəlb edilir

KepezTV Player

Bu gündən Azərbaycanda immunlaşdırma həftəsinə başlanılır. Aprelin 30-a qədər davam edəcək immunlaşdırma həftəsi çərçivəsində peyvənd olunmayan uşaqların müəyyənləşdirilərək vaksinasiyaya cəlb olunması, eləcə də peyvəndin faydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək. Bununla bağlı keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı peyvəndlərin köməkliyi ilə Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklərin azaldığını deyib.