• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 24.04.2019 16:11

Su sayğacları oğurlandı

KepezTV Player

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti, 1 ünvanında su sayğacları oğurlanıb. Hadisə gecə saatlarında, beşmərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb. Həmin mərtəbənin hər 3 mənzilinin su xətti sayğaca giriş hissədən bağlanılıb. Daha sonra qurğular xüsusi avadanlıqlarla açılaraq götürülüb. Aşağıdakı digər 4 mərtəbənin sayğacları isə yerindədir. Oğurluğun sayğaclardakı misi götürmək məqsədi ilə törədildiyi ehtimal olunur. Sakinlər hadisə barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə və Daxili İşlər Nazirliyinə məlumat veriblər. Faktla bağlı araşdırmalara başlanılıb.