• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3185
— 24.04.2019 16:10

Qəza tıxaca səbəb oldu

KepezTV Player

Bakının Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayonu ərazisindəki tuneldə Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili beton yolayrıcıya çırpılıb. Qəza nəticəsində yük maşınının daşıdığı çınqıl yola dağılıb. Hadisə hər iki istiqamətdə tıxaca səbəb olub. Sürücünün dediyinə görə, avtomobilin əyləc sistemində problem yaranıb və o, idarəetməni itirib. Faktla bağlı araşdırma aparılır.