• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 24.04.2019 12:11

Xalq təbabətindən istifadə

KepezTV Player

Ta qədimdə insanlar müxtəlif xəstəlikləri şəfalı otlar və məlhəmlərlə müalicə edirdi. Bu adət-ənənə indiki dövrə qədər gəlib çatır. Tibbin bu qədər inkişaf etdiyi vaxtda belə, bəziləri həkim müayinəsindənsə türkəçarəyə üstünlük verirlər. Onlar belə izah gətirirlər ki, dərmanlar insan orqanizminin bir tərəfinə xeyir versə də, digər orqanları sıradan çıxarır. Buna görə də bu üsuldan daha çox istifadə edirlər. Digərləri isə əksinə, türkəçarəni avamlıq adlandırır və bu müalicə metoduna mənfi reaksiya verirlər. Sıradakı materialda bu mövzu araşdırılıb. İzləyək.
Azərbaycanda təmiz bal, doşab, müalicəvi otlarla müalicə çox populyardır. Bunlara el arasında türkəçarə deyirlər. Bəs həkimlə məsləhətləşmədən bu xalq təbabəti metodlarından istifadə etmək düzgündürmü?

Daha bir aktual məsələ apteklərdə satılan dərmanların satış formasıdır. Hamı bilir ki, dərmanların kənar təsirləri olur, eyni dərman müxtəlif insanlara müxtəlif cür təsir edir. Buna görə də xüsusən kimyəvi tərkibli dərmanları yalnız həkimin tövsiyəsi ilə qəbul etmək olar. Bəs görəsən sakinlər səstələnəndə aptekdən hansı dərmanları alacaqlarını özləri müəyyən edirlər, yoxsa həkimə müraciət edirlər? Maraqlıdır, həqiqətənmi apteklərdə dərmanlar yalnız reseptlə satlır?