• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 24.04.2019 12:08

Azərbaycanda qızılcaya yoluxma halları azalıb

KepezTV Player

Mart ayının sonundan Azərbaycanda qızılcaya yoluxma hallarının sayında azalma müşahidə olunur. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, qızılcaya yoluxma 2018-ci ilin noyabrın son günlərindən qeydə alınmağa başlayıb. Xəstəliyin yayılması bu ilin yanvar və fevral aylarında daha çox müşahidə edilib. Yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23 yoluxma halı baş verib. Aprel ayında yoluxma sayının 20-yə yaxın olacağı gözlənilir. Qızılcaya yoluxma, əsasən böyük yaşlı insanlar arasında qeydə alınıb. Bu arada, bu gündən etibarən Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində peyvəndləmə işlərinə başlanılıb. İmmunlaşdırma Həftəsi 24-30 aprel tarixlərində keçiriləcək.