• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 24.04.2019 12:06

180 kq heyvan cəmdəyi aşkar olunub

KepezTV Player

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində 180 kq mənşəyi məlum olmayan istifadəyə yararsız iribuynuzlu heyvan cəmdəyi aşkar olunub. Cəmdəyin anti-sanitar şəraitdə daşındığı məlum olub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib. Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.