• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 24.04.2019 12:01

Təlimlərdə istifadə ediləcək silah-sursata baxış keçirilib

KepezTV Player

Mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış olub. Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb. İki ölkə arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.