• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 23.04.2019 19:03

Dəyərlərin qorunmasında gənclərin iştirakı

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində “Milli-mənəvi dəyərlərimiz UTECA gənclərinin gözü ilə” başlıqlı seminar keçirilib. Tədbirdə mövzunun aktuallığına toxunulub, milli-mənəvi dəyərlərin təbliğinin tarixi yaddaşı gücləndirdiyinə diqqət çəkilib. Milli dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin xüsusi rolundan danışılıb. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin kifayət qədər zənginliyi onun xalq tərəfindən yüksək tutularaq nəsildən-nəsilə ötürülməsini şərtləndirdiyi söylənilib. Milli-mənəvi dəyərlərin təbliği ilə bağlı universitetdə, eləcə də ölkədə görülən işlərdən, dəyərlərin yaşadılmasında gəcliyin rolundan danışılıb, tələbələrin mövzuya dair sualları cavablandırılıb.