• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 23.04.2019 19:01

Türkiyənin milli bayramı qeyd olunub

KepezTV Player

23 aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə qardaş ölkənin Gəncədəki baş Konsulluğunda tədbir keçirilib. Baş konsul Zeki Öztürk 1920-ci ilin bu tarixində Ankarada fəaliyyətə başlayan Böyük Millət Məclisinin yaradılmasının əhəmiyyətinə toxunub. 99 ildir türk dünyasına xidmət edən qurumun tale yüklü mühüm qərarlar qəbul etdiyinə diqqət çəkib. Milli Suverenlik və Uşaq Bayramı tək Türkiyənin yox, Şimalı Kipr Türk Cümhuriyətinin də rəsmi bayramlarından biridir. Bayram münasibəti ilə konsulluqda Gəncə Uşaq Evi sakinlərinin çıxışı olub. Şeirlər söylənilib, rəqs nömrələri nümayiş etdirilib.

Zeki Öztürk Türkiyənin Gəncədəki baş konsulu: 23 nisan Türkiyə üçün bir dömün nöqtəsidir. İmperatorluqdan və sultanlıqdan, türk xalqının böyük oğlunun hakimiyyətə keçməsi ilə bir yeniliyin başlanmasıdır. Bunun üçün bu tarix türk tarixində moder dövlətin qurulmasında ilk addım kimi qeyd olunur.