• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 23.04.2019 18:58

Yanğın təhlükəsizliyi müzakirə edilib

KepezTV Player

Yaz-yay mövsümünün gəlişi ilə əlaqədar olaraq dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanılması, zəmilərdə və anbarlarda ciddi mühafizə olunması, həmçinin meşə sahələrində yanğın təhlükəsizliyinin təmin olunması vacib şərtlərdəndir. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsində keçirilən görüşdə bu məqamlara diqqət çəkilib. Qurumun xidməti ərazisinə daxil olan Gəncə və 7 rayonun məsələlərə məsul nümayəndələrinin iştirak etdiyi yığıncaqda bölgədə yanğın təhlükəsizliyi zamanı vəzifələrin icrası, bu sahədə mövcud olan problemlər və qurumlar arasında qarşılıqlı fəaliyyətdən söz açılıb. Zəmilərdə və meşə ərazilərində yanğın təhlükəsizlyinin təmin edilməsində bələdiyyələrin, eləcə də Meşə Mühafizəsi və Bərpası müəssisələrinin də üzərinə böyük iş düşdüyü vurğulanıb.

Nofəl Əhmədov Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini: Ötən dövr ərzində Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin xidməti ərazilərində meşə və taxıl sahələrində heç bir yanğın hadisəsi qeydə alınmayıb.Ancaq biçilən sahələrə yanğın hadisələri qeydə laınıbonlarında qarşısı yanğından mühafizə hissələrini əməkdaşları tərəfindən qarşısı alınıbdır.

Xasay Balayev Qazax rayon Xanlılar kənd icra nümayəndəsi:  Bizim rayon 169 km mənfur qonşularımız ilə həmsərhətdir. Ermənilər mütamadi olaraq sərhədyanı ərazilərimizdə yanğın törədirlər. Bizdə həmin sahələrdə 2,3 kotanlı traktorlar saxlayırıq ki, yanğın sahələrə düşən zaman arası şumlanaraq kəsilsin və o biri sahələrə keçməsin. O çümlədən əhali arasında bunula bağlı təbliğat işləridə aparılır.