• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 22.04.2019 16:19

“Mini Futbol Liqası Gəncə Kuboku 2019” çempionatına start verilib

KepezTV Player

Birincilikdə 64 komanda qalib olmaq üçün yarışır. AFFA-nın dəstəyi ilə ərsəyə gələn çempionat ilk dəfə Bakıdan kənarda təşkil olunub. 3 ildir ki, paytaxtda ənənəvi olaraq düzənlənən yarışda daha az kollektiv iştirak edib. Nizami yurdunda isə birinci dəfə keçirilməsinə baxmayaraq turnirə rekord sayda komanda  qatılıb. Təxminən 2 aya yaxın davam edəcək çempionatın oyunları offside meydançalarında olimpiya sistemi üzrə oynanılacaq.

Çempionatın yekununda 1-ci yer 500, 2-ci yer 300, 3-cü pillədə qərarlaşan komanda isə 250 manat məbləğində pul mükafatı, həmçinin fəxri kürsüdə yer alan kollektivlər medal, ilk sıradakı komanda isə həm də kubokla təltif ediləcək. Bundan əlavə, yarışın bombardiri xüsusi kubokla mükafatlandırılacaq. Mini futbol liqasının Gəncə mərhələsinin qalibi Bakı zonasının çempionu üz-üzə gələcək.

 

Orxan Cəfərzadə