• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 22.04.2019 19:12

Gəncədə Yer Günü iməciliklə qeyd olundu

KepezTV Player

Bu gün bütün dünyada, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə və  təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə "Yer günü" qeyd olunur. 1970-ci ildə təsis edilən Yer Günü ölkəmizdə də müxtəlif ekoloji aksiyalarla qeyd olunur. Gəncədə də ekoloqlar və təbiət sevərlər bir araya gələrək yaşıllıqlara qulluq göstəriblər.

Diqqəti xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həlli üçün real praktiki və maliyyə yardımının göstərilməsinə yönəlmək üçün 150-ə yaxın ölkə bu gün Yer Gününü qeyd edir. Bu ölkələr sırasında olan Azərbaycan da ekoloji vəziyyəti yaxılaşdırmaq, yaşıllıqların sayını artırmaq, ətrafda təmizlik yaratmaqla insanları bu kimi aksiyalara cəlb etmək üçün müxtəlif səpkili tədbirlərin keçirildiyi məkandır. Gəncədə də mütəmadi olaraq reallaşan ağacəkmə aksiyaları, iməciliklər vətəndaşları təbiəti qorumaqla ətraf mühitin mühafizəsinə cəlb etməyə hesablanıb.

Elbar İsmayılov - 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı: Mütəmadi olaraq Gəncə şəhərində və xidməti ərazimizə düşən yerlərdə bir çox tədbirlər həyata keçiririk. Bu tədbirlərdən də biri “Bu yaz özün bir təbiyyət yarad” devizi altında keçirilən ağacəkmə aksiyasıdır. Bu aksiya çərçivəsində bir müddət öncə vətəndaşlara 5 mindən çox ağac paylanılıb. Burada əsas məqsəd insanların təbiətə olan marağını artırmaq və sağlam ətraf mühit formalaşdırmaqdır.  

Təkcə son 5 ildə Gəncənin müxtəlif ərazilərinə o cümlədən park və xiyabanlarına 450 mindən artıq müxtəlif növdən olan, eləcə də meyvə ağacları əkilib, 50 hektardan artıq yeni yaşıllıq zolağı yaradılıb. Salınan qazonlar, əkilən gül kolları ilin bütün fəsillərində şəhər əhalisi və qonaqların zövqünü oxşaması üçün qorunur və onlara aqrotexniki qulluq göstərilir.   

Rizvan Quliyev - Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin aqronomu: Bizim yaşıllaşdırma şöbəsi 500 nəfər kollektivdəndən ibarətdi. Bu 500 nəfər kollektiv şəhəri 14 sahəyə bölərək qulluq göstərirlər. Hər sahənin özünün aqranomları, briqadirləri və bura nəzarət edən sahə rəisləri var. Bütün bu kollektiv 14 sahə üzrə bütün şəhəri nəzarətdə saxlaya bilir.

Gəncədə yaşıllaşdırma işləri rəsmi qurumlarla yanaşı ictimai birliklər tərəfindən də reallaşdırılır. Bu işə könüllülər və şəhər sakinlərinin də qoşulması təbiyyətin qorunmasına diqqəti artırır.

Qabil Məmmədov - şəhər sakini: Mən özümdə keçirilən yaşıllaşdırma aksiyalarına tez-tez qoşuluram. Bu yaxınlarda da “Bu yaz özün bir təbiət yarat aksiyasında iştirak edərək 3 ədəd meyvə ağacı əkmişəm. Ümumiyyətlə hər bir vətəndaşın təbiəti qorumaq borcudur.

Turqan Əliyev - şəhər sakini: Bu ekoloji kirliliyin artıdığı bir  vaxta həqiqətəndə yaşıllıqlara daha çox ehtiyyac var. Hər birimiz çalışmalıyıq ki, ətraf mühitin təmiz saxlanılmasına kömək edək. Bu bizim gələcəyimiz üçün vacibdir.

Ətraf mühiti qorumaqla,ona diqqət yetirməklə, əslində öz sağlamlığımıza diqqət yetirmiş və qorumuş oluruq. Odur ki, məkanından aslı olmayaraq hər zaman təbiyyətin  qorunmasına diqqətsiz qalmayaq.