• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 22.04.2019 19:09

Almaniyalı qonaqlar Göygölə səfər edib

KepezTV Player

Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamından irəli gələrək Almanyadan olan nümayəndə heyəti Göygöldə olub. əcdadları tərəfindən salınan şəhər mədəniyyəti, onun qorunaraq bu günümüzədək gəlib çatması, əvvəlki formasında restavrasoyası təəccüb yaratmaya bilməzdi. Qonaqların təəssüratları da belə deməyə əsas verir.

Göygöldə Alman qonaqlar öncə rayon barədə məlumat əldə ediblər. Onlara tarixi, mədəniyyəti və sosial-iqtisadi vəziyyəti, turizm imkanları, eləcə də  rayonda qorunan tarixi alman izləri barədə ətraflı bilgi verilib. Görüşdə qonaqlara simvolik olaraq xatirə hədiyyələri təqdim olunub.

Almanıyadan gələnlər mərkəzi küçələri gəzərək alman izlərinin canlı şahidi olmaq imkanı əldə ediblər. Ələxsus da qonaqların arasında Göygöldən olanların olması tarixin səhifələnməsi baxımından yaddaqalan olub.

Marqarita Reitmbaq - alman turist: Mən bu rayonda doğulmuşam. Ona görə də Göygöl məmin üçün çox doğmadır. Hər dəfə bura gələndə babamın evini ziyarət edirəm. Çox həyacanlıyam və qəhər məni boğur.

Qonaqlara Göygöl şəhərinin əsasının 1819-cu ildə Almaniyanın Virtemberq knyazlığından bu əraziyə mühacirət etmiş koloniyaçılar tərəfindən qoyulduğu deyilib. O vaxtlar Helenendorf  adlandırılan rayona gələn 118 ailə şəhərdə 6 küçə salıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikilib. Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, bu günədək qorunub saxlanılıb.

Klaus Forer - alman turist: Mən Forerlər nəslinin nümyəndəsiyəm. Burada bir neçə evlər bizim evlər olub. Mənim babalarım burada doğulub. Mən bir neçə dəfə Göygölə səfər etmişəm. Həqiqətəndə alman izlərinin qorunub saxlanılması məni heyran etdi və çox sevindim. Mənim babam burada şərabçılığın ənənlərini qoyub və sevindirici haldır ki bu ənənələr bu gün də qorunub saxlanılır. Özümüzü öz evimizdəki kimi hiss edirik.

Eva Maria - Aux professor: Alman irslərinin qolrunub saxlanılması istiqamətində görülən işləri çox yüksək qiymətləndiririk. Burada bütün evlərin öz qədimiliyini qorumaqla restavrasiya olunması bizim çox xoşumuza gəlir. Xüsusi ilə də kilsənin bərpa olunması bizi sevindirməyə bilməz.

Göygöl rayonunda turizm marşrutu üzrə yeni yaradılan bələdçilik plakatları qonaqların diqqətini cəlb edib. Həmin plakatlarda turizm müraşrutu üzrə yerləşən yaşayış məntəqələrinin adı azərbaycan, alman və rus dillərində təqdim edilir.

Fuad Nağıyev - Azərbaycan Dövlət Turizm Agentliyinin sədri: 30-dan çox Almaniyadan bura insan gəlib. Əksəriyyətinin kökü buradandır. Amma biz başa düşməliyik ki, bu həm mədəni isrdir, həm də bizə imkan yaradır ki, daha çox insanları turistləri Avropadan Azərbaycana cəlb edək. Biz işləməliyik və şərait yaratmalıyıq ki bura daha çox insanlar gəlsin.

Almaniyalı qonaqların rayonla tanışlığının son dayanacağı füsünkar təbiəti olan Göygöl olub. Qonaqlar Tarix Diyaşünaslıq Muzeyində olacaq, alman və azərbaycan musiqilərindən ibarət konsertə tamaşa edəcəklər.

 

Natiq Hüseyn