• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2147
— 22.04.2019 12:05

Qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb. Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Vətəndaş nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 2960 ədəd siqaret aşkarlanıb.