• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 22.04.2019 12:06

Mesaj gəlibsə, banka yaxınlaşın - kompensasiya verilir

KepezTV Player

Bu gündən etibarən prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılıb. Ödənişlər kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən həyata keçiriləcək. Bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır. Kompensasiya alacaq şəxslərin sayı 602 min 347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.