Bu günə xəbərlərin oxunma sayı: 1877
— 22.04.2019 12:21

Şəmkir sakini bacısının mal-qarasına qənim kəsilib

KepezTV Player

Şəmkirdə mal-qara oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Maraqlısı budur ki, oğurluq edən doğma bacısnın 2 baş iribuynuzlu heyvanına göz dikib. İsti izlərlə saxlanılan şəxs törətdiyi cinayətə görə özünü qismən təqsirli bilsə də peşmançılığını da gizlətməyib.

Hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib. 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayətçi olub. Görülən tədbirlər ilk cəhdəcə cinayətin üstünü açmağa yardım edib. Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb. O, dindirilmə zamanı əməlini səmimi etiraf edib və heyvanları yaşadığı ünvana apardığını deyib.

Mehrab Məmmədov - baş müstəntiq: Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Şəmkir rayonunun Könüllü kənd sakini zərərçəkənin qardaşı Qurbanov Dəyanət Əli oğlunun olması müəyən edilmiş və həmin şəxs saxlanaraq İstintaq bölməsinə təqdim olunmuşdur. Onun oğurladığı iki baş iri buynuzlu heyvanlar yaşadığı ünvandan tapılaraq maddi sübüt kimi götürülmüş və sahibinə geri qaytarılmışdır. Hazırda Dəyanət Qurbanovun digər analoji cinayətlərdə əlinin olub-olmamsı istintaq yolu ilə araşdırılır.

Saxlanılan Dəyanət Qurbanov işin istintaqını aparan baş müstəntiq Mehrab Məmmədova verdiyi ifadə də  heyvanları oğurladığını gizlətməyib. Hadisəni səbəbsiz törətmədiyi bildirən qardaş bacısının tövləsindən etdiyi oğurluğun peşmançılığını da çəkdiyini sözlərinə əlavə edib.  

Dəyanət Qurbanov - saxlanılan şəxs: Səhər saat 7-də getdim. Heyvanları çıxarıb qapıma apardım. Mənə pul borcu var idi vermirdi onun əvəzində də heyvanları götürdüm. Mənim oğurluq fikrim olmayıb. Əgər oğurluq fikrim olsa aparıb satardım. Əməlimə görə peşmanam.

Quldurluq cinayəti törətdiyi üçün əvvəllər məhkumluq həyatı yaşayan Dəyanər Qurbanovun barəsidnə cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn