• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 22.04.2019 10:02

Boston Dynamics robotları yük maşını dartıb apardılar

Boston Dynamics şirkəti robotlarının daha bir qabiliyyətini nümayiş etdirib. Bu dəfəki qəhrəmanlar SpotMini robotları olub. Onlar yük maşını dartıb aparmağa çalışıblar. 10 ədəd robot avtomobili bir qədər hündürlüyə meylli yerə çəkiblər. Əvvəlcə robotlar yerdə uzanıqlı vəziyyətdə olublar, daha sonra ayağa qalxıb və hərəkətə başlayıblar. İlk olaraq onlar yerində addımlayıblar, bir neçə saniyə sonra isə Freightliner Business Class M2 adlı yük avtomobilini dartıb aparmaq mümkün olub. SpotMini robotlarının istehsalına artıq başlanılıb. Tezliklə şirkət onların satışını həyata keçirəcək.