• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 20.04.2019 12:32

Goranboyda tütün və barama istehsalına maraq artıb

KepezTV Player

2019-cu məhsul ilində Goranboyda 21 min 310 hektarda taxıl bitgisi əklib və sahələrdə aqrotexniki tədbirlər görülür, bitginin 2-ci vegetasiya suvarılması aparılır. Fermerlər bu il məhsuldarlığın yüksək olacağı qənaətindədir. Rayonda dənli bitgilərlə yanaşı aqrar sahənin aparıcı qolu olan tütünçülük və baramaçılıq da diqqət mərkəzində saxlanılır.

Bu il Goranboyda becərilən taxıl bitgisinin 8 min 100 hektarı buğda, 12 min 45 hektarı arpa, 1146 hektarı isə xəsildir. Bütün sahələr üzrə 1-ci suvarma başa çatdırılıb. Hazırda sahələrdə gəmricilərə və alaq otlarına qarşı kimyəvi mübarizənin təşkili, eləcə də gübrələmə aparılır. Görülən aqrotexniki tədbirlər hər hektar taxıl sahəsindən minumum 30 sentner məhsul götürməyə hesablanıb.

Mustafa Həsənov – fermer: “Bu il 10 hektar sahədə buğda əkmişəm. Sahəmdə bütün aqrotexniki qaydalara əməl olunubdur. Hazırda suvarma gedir, ziyanvericilərə qarşı tədbirlərdə görmüşəm məhsuldarlıq yaşı olacaqdır. Ötən il 30 sentner hər hektardan məhsul götürmüşdüm, bu il yəqin ki, göstərici çox olacaqdır. “

Rayonda fermerlərin diqqət ayrıdığı istiqamətlər sırasında tütünçülük və baramaçılıq da xüsusi yer tutur. Goranboyda əsasən dağətəyi kəndlərdə fermerlərlər tərəfindən tütün əkini planlaşdırılır ki o da 8 hektar sahəni əhatə edir. Ötən il fermer təsərrüfatlarında 14 tona yaxın tütün tədarük olunaraq zavodlara satılıb. Bunula yanaşı təsərrüfatlarda ən gəlirli sahələrdən biri olan barama toxumunun tədarük olunması üçün kümxanalarda dezinfeksiya işləri aparılır.

Yasin Məmmədov – Goranboy Rayon İcra Hakimiyyətinin məsləhətçisi: “Bu il rayonuuzda 5 kiloqram 35 qram barama toxumu götürlüməsi nəzərdə tutulubdur. Bu rəqəmi biz fermerlərin müraciəti əsasında müəyyənləşdiririk. Aprel ayının sonuna yaxın barama toxumları gətirilərək fermerlərimizə təhvil veriləcəkdir. Barama toxumları kümçülərimizə pulsuz olaraq paylanılacaqdır”

Ötən il rayon kümçüləri 10 min 400 kiloqram barama istehsal edərək yaxşı gəlir əldə ediblər. Baramaqurdlarının yem bazasını formalaşdırmaq üçün Goranboyda tut bağları da salınıb.

Xaliq Qurbanlı