• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 20.04.2019 12:34

Əlilliyə görə pensiyaların təyinatı avtomatlaşdırılıb

KepezTV Player

Əlilliyə görə pensiya təyinatlarının elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb.Bu proses cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla davam etdirilir. Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur. Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.Beləliklə, əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması, süründürməçilik, neqativ halların baş vermə ehtimalı tam aradan qalxıb, bu istiqamətdə də şəffaf və çevik pensiya təyinatı mexanizmi qurulub.