• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 19.04.2019 18:08

Ölkənin milli parklarında "Açıq qapı" günü olacaq

KepezTV Player

“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək. Həmin günlərdə ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək. Təbiətin füsunkar gözəlliklərindən həzz almaq, flora və faunanı daha yaxından seyr etmək və təbiət obyektləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, milli parklarımıza səyahət edin.