• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 19.04.2019 18:17

Yazarın yeni kitablarından danışılıb

KepezTV Player

Yazar Azadə Talehin “Xocalı Şəhidim Şöhrət Həsənov” və “Vətənimin qürur yeri – Vətənimin şəhid oğlu” adlı poemalar toplusundan ibarət kitabçaları Gəncədə yazarlara təqdim edilib. Şəhərin ədəbi ictimaiyyətinə kitablarda yer alan poemaların vətənə sevgi aşıladığı, onu qorumağın müqəddəsliyi, qəhrəmanların ölmədiyi barədə fikirlər səslənib.

Yazar kitablarının məhz Gəncədə təqdimatının əhəmiyyətinə toxunub. Əsrlər boyu mərdlik, cəsarət nümunəsi olan Nizami yurdunun igidlərinin vətən uğrunda, onun ərazisinin toxunulmazlığı naminə canından keçdiyinə diqqət çəkib. Ədəbi yaradıcılıqla yanaşı, həkimliklə də məşğul olan Azadə Hüseynova yazdığı şeirlərlə oxucuların diqqətini cəlb edə bilib. Onun Azərbaycanla yanaşı Avropa ölkələrində də kitabları çap olunub. eləcə də müxtəlif dillərə tərcümə edilərək kitabxanalara təqdim edilib.