• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 19.04.2019 16:09

“Ərəb” ləqəbli narkotacir saxlanılıb

KepezTV Player

 Paytaxtda Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib. Daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev polis tərəfindən saxlanılıb. Əlindəki bağlamaya baxış keçirilərkən 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotiki şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib. Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu deyib. O, narkotiki “ərəb” ləqəbi ilə satırmış. Faktla bağlı8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.