Gəncədə prokurorluq orqanı əməkdaşları tələbələrlə görüşüb. Gəncə Dövlət Universitetində reallaşan və maarifləndirici xarakterli tədbirdə prokurorluq orqanının cinayət hallarının qarşısının alınmasında, eləcə də dövlətdə və cəmiyyətdə milli təhlükəsizlik sisteminin qorunmasındakı fəaliyyətindən danışılıb. Milli prokurorluq orqanlarının 100 illik tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşdığı vurğulanıb. Fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərib. Ölkənin aparıcı qüvvəsi olan gənclərin daha təşəbbüskar, ictimai-siyasi həyatda daha fəal olması, müxtəlif sahələrdə Azərbaycanın adını yüksəltmələrinə diqqət çəkilib.
- Baxış: 219