KepezTV Player
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbətisinə keçid qaydası təsdiq edilib. Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün analoji müəssisələrə şamil edilir. Bu təhsil pilləsinin bir səviyyəsindən növbətisinə keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir müəssisədən digərinə keçməsi vasitəsilə həyata keçirilir. Proses tələbələrin qəbul olunduqları ümumi orta və ya tam orta təhsil bazasına müvafiq aparılır.
- Baxış: 226