• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2434
— 19.04.2019 10:00

IKEA və Sonos akustika lampa və dinamik rəf təqdim etdi

Dünyada mebel istehsalı ilə tanınan Niderlandın IKEA şirkəti, audiosistem istehsal edən Sonosla müştərək maraqlı işlər ortaya qoyub. Onlar stolüstü akustik Symfonisk lampası və “ağıllı” səsgücləndirici hazırlayıblar. Hər iki yenilik avqustdan satışda olacaq. Onları çox otaqlı audiosistemə qoşub Sonos mobil aplikasiyası vasitəsilə idarə etmək mümkündür. Əgər evdə Playbase, Playbar və ya Sonos Beam saundbarları varsa 5.1 tipdə akustika yaratmaq olar. Bunun üçün analoji qurğuları ikinci arxa kanal kimi istifadə etmək olar. Deyilənə görə hər iki məhsulda səsin keyfiyyəti 199 dollarlıq Sonos One-dakından pis olmayacaq. Symfonisk lampası bir cüt D sinifli rəqəmsal gücləndiricini özündə birləşdirir. Korpusda parlaqlığı tənzimləyən keçid quraşdırılıb. Üzərindəki düymə ilə isə musiqiləri idarə etmək olar. Smart-lampa komplekt bağlamaya aid deyil və onu ayrıca almaq lazımdır. Dinamik rəflər AirPlay 2-ni dəstəkləyir.