• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 19.04.2019 10:01

Yeni Mercedes-AMG A 45 buzlaqda drift etdi

Mercedes-AMG A 45 İsveçdə buz üstündə sınaq driftləri edib. Bir cüt hot-heç prototipi yan-yana nəyə qadir olduqlarını göstəriblər. 400 at güclü model E 63 S-dəki kimi tam ötürücü sistem qazanıb. Onun elektronikası ön oxda muftanı açmağa və elektron stabilizasiya sistemini bağlamağa imkan verir. Aralıq rejimində isə səmərəli sürüşdürmə yaradır. Əvvəlki model Mercedes-AMG A 35 4Matic-dən A 45-ə MBUX kompelksi və informasiya görüntüləyən üç rejimli rəqəmsal alətlər paneli “miras” qalıb. Bunlarla yanaşı hot-heç AMG Track Pace virtual yarış köməkçisi əldə edib. O, yarış trassında avtomobilin 80-dən çox parametrlərini qeyd etmək iqtidarındadır.