KepezTV Player
Gürcüstanın paytaxtı Tbilisidə boks üzrə beynəlxalq turnir keçirilir. Yarışa Azərbaycan millisi də qatılıb. Böyük məşqçi Nəriman Abdullayev rəhbərliyi altında turnirə yollanan yığmamızın şərəfini 4 çəki dərəcəsində 5 boksçu qoruyur. Qonşu ölkəyə yollanan heyətdə Gəncə boks məktəbinin iki yetirməsi də yer alıb. Bunlar Rüfət Hüseynov və Nəbi İsgəndərovdur. Sonuncu 64 kq-da , Hüseynov isə 52 kq-da döyüşür. Yarışda final görüşləri aprelin 20-də olacaq.
- Baxış: 770