• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 18.04.2019 16:20

Gəncədə avtoxuliqanlıq edən iki gənc saxlanıldı

KepezTV Player

Yol Polisi Gəncədə yol hərəkət qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan və cəmiyyətə açıqca hörmətsizlik edən iki sürücü saxlayıb. Onlardan birinin sükan arxasına sənədsiz əyləşdiyi də məlum olub.  

Polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri 21 yaşlı Orxan Kərimi və 23 yaşlı Elgün Hüseynəliyevin müxtəlif vaxtlarda şəhər yollarında avtoxuliqanlıq etdikləri məlum olub. Həmin şəxslər idarə etdikləri “Hyundai” markalı avtomobillərlə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla qəza törədiblər.

Elgün Hüseynəliyev saxlanılan şəxs: Ora gələrkən avtoxuliqanlıq məqsədimiz olmayıb. Ora şəkil çəkdirməyə gəlmişdik. Amma belə alındı. Əməlimdən peşmanam amma olmamalıydı.

Avtoxuliqanlıq edən digər sürücü Orxan Kərimi də əməlinə görə peşmandır. Yoldaşından fərqli olaraq onun sürücülük hüquqi olmadan sükan arxasına keçdiyi də müəyyən edilib.

Orxan Kərimi saxlanılan şəxs: Şəhər ərazisində sürücülük hüququ olmadan avtomobil idarə etmişəm. Anlaşılmazlıq nəticəsində dostumda olan maşınla toqquşmuşuq. Əməlimdən peşmanam düzgün etməmişəm.

Saxlanılan hər iki  şəxs barəsində Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Samir Quliyev inspektor: Gəncə şəhəri ərazisində müxtəlif üsullarla avtoxuliqanlıq hərəkətlərinə yol vermiş sürücülər barəsində əməkdaşlarımız tərəfindən inzibati protokol tərtib edilərək aidiyyatı üzrə tədbir görülməsi üçün məhkəmələrə göndərilib. Sürücülərdən tövsiyyələrimiz odur ki, bu cür kobud qayda pozuntularına yol verməsinlər. Əks halda hər biri haqqında qanuna müvafiq tədbir görüləcək.

Hər iki şəxs barəsində sutkalıq həbs qəti imkan tədbiri seçilib. Həmçinin Elgün Hüseynəliyev 1 illik sürücülük hüququndan məhrum edilib.

Natiq Hüseyn