• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 18.04.2019 12:38

Teatr işçiləri sevinclidir

KepezTV Player

Ötən gün ölkə başçısı tərəfindən ayrılan vəsait Gəncə Dövlət Kukla Teatrında da işlərin müsbətə doğru dəyişdirəcək. Belə ki, təqdim ediləcək tamaşalarda işıqlanma, səhnə tərtibatı, hazırlanan kuklalar teatrın balaca tamaşaçılarının zövqünə uyğun formada hazırlanacaq. Teatrın 44 işçisinin sevincinə səbəb olan sərəncam yeni əsərlərin də səhnələşdirilməsi üzərində işlərin başlanması imkanı yaradır. Yenilənəcək maddi texniki baza dövrün tələblərinə uyğun tamaşaların nümayişini mümkün edəcək, teatra tamaşaçıların marağını artıracaq və mədəniyyətimizin ayrılmaz hissəsi olan teat sənətinin inkişafına böyük təkan verəcək.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Teatrımıza yeni işıq səs effektləri alaq, yeni kostyumların tikişi, tamaşalarımıza keyfiyyətin artırılması, teatrımızda istilik sisteminin qurulmasına sərf edək. Teatrımızda çalışan kollektimizin böyük sevinci var. Bu sərəncamdan ruhlanır daha da gözəl çalışmağa səy göstərirlər.