• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 18.04.2019 12:32

Şəmkirdə qaz xəttləri yenilənir

KepezTV Player

Abonentlərin fasiləsiz və dayanıqlı mavi yanacaqla təmin edilməsi məqsədi ilə “Azəriqaz” Şəmkirdə zəruri tədbirləri davam etdirir. Rayonun kənd və qəsəbələrində mövcud qazpaylayıcı şəbəkələr və qaz xətlərinin yenilənməsi işləri aparılır.  

Qaz təchizatının yaxşılaşdırılması üçün Şəmkirdə bir neçə kənddə mövcud borular polietilen xəttlərlə əvəzlənir.  

Qənimət Səmədov Şəmkir Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Şəmkir rayonunun Düyərli kəndində uzun illərdir qazın verilişində problemlər olurdu. Bununla əlaqədər olaraq 4 klometr 250 millimetrlik polietilen borularla qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Bu işlər Azəriqaz istehsalat Birliyinin Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir. O cümlədən də yerli xidmət sahələrinin işçiləri də bu sahədə öz köməkliklərini əsirgəmirlər.

Hava şəraitindən asılı olmayaraq aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması nəzərdə tutulur. Artıq 3 km-ə yaxın məsafədə qazıntı işləri yekunlaşıb.

Qənimət Səmədov Şəmkir Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Yaxın vaxtlarda bu işlər tamamlanacaq. Düyərli və digər yaxın kəndlərə normal qaz verilişinə imkan yaranacaq.

Düyərli kəndində ümümulikdə 1900 abonent təbii qazdan istifadə edir. Şəmkir Regional Qaz İstismar İdarəsi bu rayonla yanaşı Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına da xidmət göstərir. 2019-cu ildə region üzrə müxtəlif ərazilərdə 50 klometrdən artıq qaz xəttinin yenilənməsi nəzərdə tutulub.

Natiq Hüseyn