• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 17.04.2019 19:47

"Kəpəz" önə keçdiyi oyunda məğlub olub

KepezTV Player

Futbol üzrə Azərbaycan I divizonunda 23-cü tur başa çatıb. Son gün “Kəpəz” evdə “Sumqayıt-2” ilə üz-üzə gəlib. Oyunun əvvəli qərb klubu üçün yaxşı başlayıb. 12-ci dəqiqədə Fərid Məmmədov qapıya düşərək sarı-göyləri hesabda önə keçirib. Ancaq meydan sahibləri bu nəticəni sonadək qoruya bilməyiblər. Fasilədən sonra toparlanan sumqayıtlılar əvvəlcə 55-ci dəqiqədə oyunda tarazlıq yaradıblar. Qapıların yerini səhv salan Fərid Bayramov status-kvonu bərpa edib. 76-cı qonaqlar hesabda önə keçiblər. Gənclik şəhərinin təmsilçisinin heyətində Baxşəli Baxşəliyev fərqlənən oyunçu olub. Qarşılaşmada son qol isə 84-cü dəqiqəyə təsadüf edib. İsmayıl Babayev adından söz etdirərək komandasını evə 1:3 hesablı qələbəylə yollayıb.

Bu turun ardından xallarının sayını 53-ə çatdıran “Sumqayıt-2” liderlə arasında xal fərqini 3-ə endirib. 19 xalla 11-ci pillədə qərarlaşan “Kəpəz” isə yerində sayıb.

 

Orxan Cəfərzadə